“Liverpul”un skautları dünən UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda keçirilən “Qarabağ” – “Hekken” oyununu (2:1) stadiondan izləyib.
Ulusal.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
“Liverpul”un nümayəndələri İsveç klubunun futbolçusu Momodu Sonkonu izləmək üçün Bakıya gəliblər. 18 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə zədələnərək əvəzlənib.
Qeyd edək ki, 2022-ci ilin yayından “Hekken”də çıxış edən Sonko bu mövsüm 35 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.publika.az