Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Yeni Dehlidə erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Lavrovla Mirzoyan 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün istiqamətləri üzrə səylərin gücləndirilməsinin aktuallığı qeyd edilib. Eyni zamanda gələcək diplomatik təmaslar barədə razılıq əldə olunub.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə teleqram kanalında yazıb ki, S.Lavrov Moskva və İrəvan arasında danışıqların istiqamətini müəyyənləşdirib: “Sergey Lavrov Mirzoyanı qəbul edib və danışıqların istiqamətini müəyyənləşdirib”.