image-2000x150
image-45jpg-1684315024backend

Lavrov ABŞ-nin Ermənistana vədləri barədə: “Açıq-aşkar təxribatdır”

image-728x90

“ABŞ Ermənistana Rusiya bazasından və sərhədçilərindən imtina etməyi təklif edir, bunun müqabilində isə təhlükəsizliyi təmin edəcəyi vədini verir”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya telekanalına müsahibəsində deyib.

“Bizdə olan məlumata görə, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhədçiləri də, hərbi bazanı da çıxarın, bunun müqabilində amerikalılar təhlükəsizliyi təmin etməkdə sizə kömək edəcək. Bu, açıq-aşkar təxribatdır. Bu, diplomatiya deyil. Bu artıq rüşvətdir”, – deyə rusiyalı diplomat vurğulayıb.

Lavrov fikrinin davamında söyləyib ki, ABŞ-nin öz müttəfiqlərini tək qoymaq adəti var.

“Biz Qərbin keçmişdə dəstək olduğu şəxslərlə sonralar necə davrandığını görürük. Onlar “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa vermiş, qaçmamış Misir Prezidenti Hüsnü Mübarəki yarı yolda tərk etdilər… ABŞ 20 illik işğalı zamanı güvəndikləri Əfqanıstan hökumətini də tək qoydu”, – S.Lavrov xatırladıb.

Qeyd edək ki, Ermənistan ərazisində Rusiyanın 102-ci hərbi bazası yerləşdirilib. Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Həmçinin, Rusiya FTX-nin Sərhəd Xidməti Ermənistan ərazisində də xidmət təşkil edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90