image-2000x150
image-1700566695_1698231225_40924399245_0e7b1f5ab7_bbackend

Kremldən Zelenskinin “Ukraynanın Putini öldürmək hüququ var” bəyanatına REAKSİYA

image-728x90

“Ukrayna dəfələrlə sözdə Putinə sui-qəsd cəhdi edib”.

Ulusal.az  xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin “The Sun” nəşrinə müsahibəsində “Ukraynanın Putini öldürmək hüququ var” bəyanatına münasibət bildirərkən deyib.

“Xatırlayırsınızsa, bu barədə Ukraynadan müxtəlif səviyyələrdə dəfələrlə şifahi hücumlar olub. Ukrayna bir neçə dəfə şifahi şəkildə Rusiya prezidenti Vladimir Putinin həyatına sui-qəsd cəhdi edib, amma onlarda heç nə alınmayacaq” – Peskov bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90