image-2000x150
image-aapppbackend

Kremldən Ermənistanın təxribatına reaksiya: Təmkin gözləyirlər

image-728x90

Rusiya Qarabağda vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin gözləyir.

Bunu jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Srağagün Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə də təmaslar davam edir”, – Peskov deyib.

Eyni zamanda o qeyd edib ki, İrəvanla Bakı arasında yeni gərginlik fonunda hazırda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təmaslar planlaşdırılmır.

Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, Moskva üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edəcək:

“Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq”.

Xatırladaq ki, mayın 10-da və Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması nəticəsində Azərbaycan ordusunun bir hərbçisi şəhid olub, digər hərbçisi isə yaralanıb.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Ermənistan tərəfi 4 hərbçisinin yaralandığını bildirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90