image-2000x150
image-kreml1646129470backend

Kreml bu ölkəyə xəbərdarlıq etdi

image-728x90
Moldova hakimiyyəti Dnestryanıda yerləşən Rusiya sülhməramlıları barədə daha diqqətli danışmalıdır.

Ulusal.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moldovanın Baş naziri Dorin Reçenin regionun demilitarizasiyası ilə bağlı sözlərinə cavab olaraq deyib.

“Moskva və Kişinyov arasında çox gərgin münasibətlər var, Moldova belə antirusiya isteriyasına sürüklənir. Dnestryanıya gəlincə, biz funksiyalarımızı yerinə yetirməyə davam edirik. Mən moldovalı həmkarlarımıza bu cür bəyanatlarla çox-çox diqqətli olmağı tövsiyə edərdim”, – o bildirib.

Qeyd edək ki, Reçen Dnestryanının Rusiya qoşunlarının çıxarılması yolu ilə demilitarizasiya edilməli olduğunu bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90