image-2000x150
image-640b245d057ebbackend

Kral Çarlz atasının titulunu Şahzadə Edvarda verdi

image-728x90

İngiltərə kralı III Çarlz 2021-ci ildə vəfat edən atasının “Edinburq hersoqu” titulunu qardaşı Uesseks və Forfar Qrafı Şahzadə Edvarda verib.

Bukingem Sarayı Şahzadə Edvarda 59 illik yubileyi münasibətilə böyük qardaşı Kral Çarlz tərəfindən “Edinburq hersoqu” titulunun verildiyini açıqlayıb.

Şahzadə Eduardın həyat yoldaşı Sofi Rhys-Cons bu titulu aldıqdan sonra “Edinburq hersoginyası” olub.
Açıqlamada, Hersoq və hersoginyanın Şahzadə Filip dövründə başlayan gənclər üçün işləri davam etdirəcəyi bildirilib.

Tarix boyu “Edinburq hersoqu” titulu yalnız Kral II Georqun böyük oğlu Şahzadə Frederik, Kral III Georqin qardaşı Şahzadə Uilyam, Kraliça Viktoriyanın ikinci oğlu Şahzadə Alfred və Kraliça II Elizabetin həyat yoldaşı Şahzadə Filipə verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90