image-2000x150
image-b7d0d05f-34a8-4bcf-8d1d-a79ec536bab1backend

Klub ona görə hər oyun 22 min cərimə ödəyir

image-728x90

Fransanın “Reyms” klubu əsas komandanın baş məşqçisi Uill Stillə görə hər oyundan sonra Fransa Futbol Federasiyasına 22 min funt sterlinq cərimə ödəyir.

Buna səbəb Stillin Pro lisenziyasının olmamasıdır. Bu isə hər turda Liqa 1 təmsilçisinə cərimə bahasına başa gəlir.

“Football Manager” kompüter oyunu sayəsində məşqçiliyə başlayan belçikalı mütəxəssis 2022-ci ilin oktyabr ayından “Reyms”ə rəhbərlik edir. Daha öncə bu komandada köməkçi kimi çalışan 30 yaşlı (!) mütəxəssis “Reyms”i 19 oyuna çıxarıb. Bu oyunlarda 10 qələbə qazanan komanda, 8 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. Son 18 matçda isə bu komanda məğlubiyyət üzü görməyib.

Qeyd edək ki, “Reyms” hazırda Liqa 1-in turnir cədvəlində 40 xalla 8-ci pillədə qərarlaşıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90