Rusiyada “hərbi reportyor” kimi tanınan keçmiş cinayətkar və separatçı Vladlen Tatarskinin Sankt-Peterburqda partladılması Kremlin tanınmış təbliğatçıları arasında əsl isterika və panika yaradıb. Marqarita Simonyandan tutmuş digər erməni əsilli Tina Kondelakiyə qədər əksər “rus dünyası aşiqləri” Tatarskinin qətlinə görə intiqam alınmasını tələb edirlər.
Məlum təbliğatçı jurnalist Vladimir Solovyov Tatarskinin ölümünə görə Ukrayna rəhbərliyinin cəzalandırılmasına, Kiyevin mərkəzinin bombalanmasına çağırıb.
O, təkcə sözügedən “hərbi reportyor” deyil, hələ 2016-cı ildə Donbasda məhv edilmiş “Motorola” və “Qivi” ləqəbli separatçı-terrorçuların da qisasının alınmalı olduğunu deyib: “Kiyevin hökumət məhəlləsi nə vaxt məhv ediləcək?… Nə vaxt bizim ərazimizdə terror törədən Baş Kəşfiyyat İdarəsi və digərləri rus silahının qəzəbini və gücünü anlayacaqlar?”






















