İBB sədri Əkrəm İmamoğlunun və CHP-dəki böyük adların CHP sədri Kamal Kılıçdaroğlunu devirmək üçün keçirdiyi gizli çevriliş toplantısının əks-sədaları hələ də davam edir.
Ulusal.az “Sabah”a istinadən xəbər verir ki, xəyanət görüşü açıqlandıqdan sonra hər iki tərəfdən qarşılıqlı açıqlamalar verilib və iştirakçılardan bəzilərinin istefası tələb olunub.
Seçki məğlubiyyətindən CHP-nin sarsılacağı gözlənsə də, bu qədər tez xəyanət həddinə çatacağı gözlənilmirdi.
CHP uzun müddətdir ki, siyasi debatlar deyil, sui-qəsd, lent və xəyanət müzakirələri ilə idarə olunur.
“Bu qaçılmaz son idi. Ötən gün İBB sədri Əkrəm İmamoğlunun sədrliyi ilə keçirilən zoom toplantısı mediaya bomba kimi düşüb. Dünənə qədər hamı “əsas komanda”da idi. Bu fotoda Engin Altay, Muharrem Erkek, Bülent Tezcan, Onursal Adıgüzel, Tekin Bingöl, Selin Sayek Böke, hətta Kılıçdaroğlunu TBMM-də təmsil edən Özgür Özəl də var idi”, – qəzet yazıb.

“Hazırda “dəyişiklik” və “yeni siyasət” müzakirəsi yoxdur. İndiki partiya məclis üzvləri ilə CHP-ni növbədənkənar qurultaya çıxarıb, “nümayəndə ovu” ilə kimisə kürsüyə oturtmaq strategiyası var. Bu, müəyyən mənada Baydenin Türkiyə üçün təklif etdiyi “çevrilişlərlə deyil, seçkilərlə” siyasi mühəndislik əməliyyatıdır. Onların bütün hesablamaları buna əsaslanır”, – məqalədə vurğulanır.
“Əslində belə görüşlərin keçirildiyi bilinmirdi. Amma ortaq fotonun verilməsi, mediaya sızması və keçmiş “əsas komanda”nın İmamoğlunun yeni komandası olması siyasətdə dəyişiklik gözləyənləri şoka salıb. Amma ən əsası odur ki, onlar gizli görüş belə keçirə bilmirlər və komandadan kimsə bunu sızdırıb. Bu, içəridə bir infiltrasiya olduğunu göstərir”, – yazıda qeyd edilib.

“CHP tərəfdarlarının dediyi kimi, “xəyanət” mənzərəsinin ən acınacaqlı tərəfi odur ki, yeni siyasət yeritmək bir yana, hələ namizəd də çıxarmayıblar. İclası İmamoğlu idarə edir və “sədr” vəzifəsində iclasa rəhbərlik edir, amma cəsarət göstərib “mən namizədəm” deyə bilmir.
Bundan başqa pusquda gözləyən iki ad var: Özgür Özel və Gökhan Günaydın. Birini qrup rəhbəri, digərini vitse-prezident kimi təmsil etdikləri Kılıçdaroğluna müharibə elan etsələr də, yerlərini tərk etmirlər”, – “Sabah” yekunlaşdırıb.publika






















