image-2000x150
image-kamal-kilicdaroglubackend

Kılıçdaroğludan Putinə şok: Siyasət dəyişəcək!

image-728x90

Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir.

Bu barədə CHP lideri Kamal Kılıçdaroğlu “Voll Strit Jurnal”a açıqlamasında deyib.

“Türkiyənin Rusiyaya qoyduğu investisiyaları qoruyacağıq (prezident seçiləcəyi təqdirdə – red.). Bununla belə, Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya tətbiqi ilə bağlı verdiyi qərarlara da əməl edəcəyik. Türkiyə NATO üzvüdür və Putin də bunu çox yaxşı bilir. Türkiyə Alyansın qəbul etdiyi qərarlara əməl etməlidir”, – partiya sədri bildirib.

Qeyd edək ki, Ərdoğan Türkiyəsi Rusiyaya qarşı BMT xaricində heç bir sanksiyaya qoşulmur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90