image-rt-reklam
image-kadirovbackend

Kadırov Türkiyə səfirliyinin qarşısında Quranı yandıranı hədələdi: Bir gün…

image-728x90

Çeçenistan lideri Ramzan Kadırov ifrat sağçı siyasətçi Rasmus Paludanın Türkiyənin İsveçdəki səfirliyi qarşısında Qurani-Kərimi yandırmasına etiraz edib.

Kadırov bunu müqəddəs dəyərlərə qarşı hücum adlandırıb: “Bu dəhşətli hərəkət Türkiyəyə etiraz olaraq görüldü. Amma bu, əslində müqəddəs dəyərlərə hücumdur. Hər kəs nə əkdiyini biçər. Bir gün hər şeyin gec olacağını anlayacaqsan. Cəhənnəmdə yandırın, ey cinlər”.

NATO-nun şeytanın toxumu olduğunu bildirən Kadırov, “Ukraynaya qarşı İblis qüvvələri ilə də mübarizə aparırıq” deyib. Kadırov avropapərəstlərin Quranın yandırılmasına heç bir reaksiya verməməsinə də etiraz edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90