image-2000x150
image-5dea1541-ffee-428b-b4d2-068c6845dab5backend

“İTKİLƏRİMİZ BÖYÜKDÜR…” – “Səfərbərlik vəziyyəti daha da ağırlaşdıracaq”

image-728x90

“Normal səfərbərlik keçirmək mümkün deyil. Yalnız oğurluq və rəhbərliyə yaltaqlıq etməyi (təhqiramiz ifadələr işlədir) bacardıqlarını dəfələrlə sübut etmiş insanlar başqa işlə məşğul olmayacaqlar. İndiki reallıqlar çərçivəsində səfərbərlik yalnız vəziyyəti kəskin şəkildə daha da ağırlaşdıra bilər. Buna baxmayaraq, səfərbərlik olacaq. Çünki savaş davam edəcək, itkilər olacaq və insanlar lazım olacaq. Doğrusu, itkilərimiz böyükdür…”

Bunu Donbasdakı separatçı hərəkatın banilərindən biri, sabiq FTX polkovniki İqor Strelkov (Qirkin) Vladimir Putinin atacağı gözlənilən növbəti addımları şərh edərkən söyləyib.

Rusiya internet kanallarından birinə müsahibə verən Qirkin deyib ki, Rusiya indiki halı ilə Ukrayna üzərində qələbə çala bilməz: “İndiki rəhbərliyi, kadr heyəti və halı ilə Rusiya qalib gələ bilməyəcək. Heç bir tədbir görmədən, yanğını stəkanla söndürməklə qalib gəlmək olmayacaq. Rusiya yalnız hərbi əməliyyatları qeyri-müəyyən dövrə qədər uzada bilər”.

Strelkov əlavə edib ki, Rusiya məğlub olduqca, hər hansı növbəti “Minsk razılaşması”na ümid etmək yersizdir: “Biz bu müharibəni uduzduqca növbəti Minsk razılaşmasının əldə olunacağına inanmıram. Biz isə indi uduzuruq. Bu barədə açıq danışmaq lazımdır…”

Qeyd edək ki, fevralın 21-də Vladimir Putinin Federal Məclisə illik müraciəti gözlənilir. Bir çox şərhçilər həmin gün Putinin hərbi səfərbərliyin növbəti dalğasını, eləcə də iqtisadi səfərbərlik və ölkədə hərbi vəziyyət elan edəcəyini proqnozlaşdırırlar. Lakin onun bu cür riskli görünən addımlara getməyəcəyini düşünənlər də az deyil.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90