image-rt-reklam
image-2backend

İtiriləcək bir saniyə də yoxdur: Yeni İstanbul qurulur

image-728x90

Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki İstanbulda təxminən 1,5 milyon riskli binanın olduğunu açıqlayıb.

Ulusal.az “Sabah”a istinadən xəbər verir ki, İstanbul zəlzələlər baxımından dünyanın ən riskli 10 böyük şəhəri arasında yer alıb. Orada son 11 ildə 800 minə yaxın infrastruktur məhv olub.

Nazir araşdırmalar çərçivəsində Anadolu tərəfində 150 min, Avropa tərəfində isə 200 min yaşayış yeri olan yeni ehtiyat əraziləri müəyyən etdiklərini bildirib:

“Gələn həftə işə başlayırıq. İstanbul üçün xüsusi bir bölmə qurmalı və düşündüyümüz hər şeyi tez bir zamanda etməliyik. Tezliklə İstanbulu ciddi qanunlar çıxararaq zəlzələlərə hazır etməliyik. Amma 600 min ev çox daha riskli görünür. Öhdəliyimiz ən qısa zamanda riskli görünən 1,5 milyon binanı transformasiya etməkdir”.

Nazir həmçinin bildirib ki, “Yarımız” kampaniyası üçün 1 milyon 20 min müraciət var:

“Riskli binaları tez bir zamanda söküb, ardıcıllıqla burada işə başlamaq vaxtı gəlib. Bizim itirməyə bir saniyəmiz yoxdur. Zəlzələ həm də siyasi məsələdir. Siyasiləşdiriləcək bir məsələ deyil”, – deyə o bildirib.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90