image-2000x150
image-2backend

İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir

image-728x90

Azərbaycan-İtaliya əlaqələrinin yaşı bir əsrdən artıqdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də iki ölkə arasında bir sıra sahələr üzrə münasibətlər mövcud olub. Müstəqilliyin bərpasından sonra İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvar 1-də tanıyıb, diplomatik əlaqələr isə 1992-ci ilin may ayının 8-də qurulub. İtaliya artıq fəaliyyət göstərməyən ATƏT-in Minsk qrupunun tərkibinə daxil olan dövlətlərdəndir.Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada səfərdədir. Bu, dövlət başçısının İtaliyaya sayca 7-ci səfəridir. Səfər İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə baş tutur. Səfər çərçivəsində Azərbaycan Prezidentinin italiyalı həmkarı Sercio Mattarella və İtaliyanın Baş naziri Mario Draqi ilə geniş tərkibdə görüşləri planlaşdırılır.Bundan əvvəl reallaşmış səfərlər sırasında məzmun və formasına görə ən önəmlisi 2020-ci ilin fevralın 19-21-də həyata keçirilmiş dövlət səfəri olub. Həmin səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edilir.Sentyabrın 25-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinə qədər hökumət məhdud çərçivədə fəaliyyətini davam etdirir və M.Draqi İtaliya Hökumətinin başçısı səlahiyyətlərini icra edir. Ənənəyə görə, müvəqqəti hökumət dövründə İtaliyada xarici səfərlər baş tutmur, xarici rəsmi heyətlərlə görüş keçirilmir, daxili və xarici siyasət məsələləri üzrə qərarlar qəbul edilmir.İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyevin “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən İtaliyanın Çernobbio şəhərində hər il keçirilən beynəlxalq forumda əsas qonaq kimi iştirakı nəzərdə tutulur. Sayca 48-ci olan bu dəfəki forumun əsas plenar iclasında Prezident İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edəcəyi gözlənilir.

İlham Əliyev söyləmişdir ki; Ölkələrimiz arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, çoxtərəfli müstəvidə də Azərbaycanın sıx əməkdaşlıq etdiyi vacib ölkədir.Birgə Bəyannamənin digər əhəmiyyətli cəhəti odur ki, o, Azərbaycanın başqa ölkələr, o cümlədən “Böyük Yeddilik”in üzvü olan ölkə ilə belə bir adda və ruhda imzaladığı ilk sənəd olub.2022-ci il aprelin 2-də İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun Bakıya səfəri zamanı Azərbaycan və İtaliya arasında Strateji Dialoqun birinci iclası keçirilib və görüşün nəticəsi olaraq protokol imzalanıb.İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki dövrün göstəricilərini təkrarlayıb (9 milyard ABŞ dolları), 2022-ci ilin 8 ayında isə 2021-ci ilin göstəricisini də keçərək 11 milyard ABŞ dollarından çox olub.Azərbaycan da İtaliyanın Cənubi Qafqaz ölkələri ilə arasında ən iri ticarət tərəfdaşıdır. Bölgədə İtaliyanın apardığı ticarətin 90 faizdən çoxu Azərbaycanın payına düşür. Enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə 3-cü yeri tutur. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. TAP hazırda İtaliyanın qaz tələbatının təxminən 10 faizini qarşılayır.Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sahələrdə 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.Azərbaycanın İtaliya ilə təhsil sahəsində əlaqələri 2002-ci il iyunun 1-də Bakıda hökumətlər arasında Mədəniyyət, Elm və Texnologiya sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə genişlənməyə başlayıb. Prezident S.Mattarellanın Azərbaycana 2018-ci il 18-19 iyulda dövlət səfəri zamanı iki ölkənin təhsil nazirlikləri arasında “Ali təhsil üzrə Birgə Bəyannamə” imzalanıb.Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.Ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin göstəricisi kimi 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət İli elan edilməsidir.Paris, Berlin və Vyanadan sonra dünyanın ən qədim şəhərlərindən biri olan Romanın mərkəzi hissəsində də Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. 2020-ci ilin fevralında dövlət səfəri zamanı Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar. Bir əsrdən artıq yaşı olan bu və başqa isitqamətdə əlaqələr Azərbaycan-İtaliya münasibətlərinin son 20 ildə daha da inkişaf etdiyini deməyə əsas verir.

Günay Tairli- Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90