image-rt-reklam
image-1backend

İstanbuldakı terrrorda erməni izi: Çoxsaylı şəxs həbs edildi

image-728x90

Türkiyə polisi yanvarın 28-də İstanbulda katolik kilsəsində baş verən atışmada iştirak etməkdə şübhəli bilinən onlarla insanı həbs edib. Ulusal.az  xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Kilsəyə silahlı hücumun araşdırılması çərçivəsində 30 ünvanda əməliyyat keçirilib, “İslam Dövləti” qruplaşması ilə əlaqəsi ola biləcək biri Rusiya və Tacikistan vətəndaşı olmaqla 47 nəfər həbs edilib”, – deyə Yerlikaya bildirib.

Əlavə edək ki, “İslam Dövləti” terror qruplaşması İstanbulda katolik kilsəsinə hücum və keşişin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb, Reuters silahlı terrorçuların sosial şəbəkələrinə istinadən xəbər verir.

Məlum olub ki, iki silahlı şəxs kilsəyə girərək atəş açıb, nəticədə bir nəfər ölüb. Hücumun qrup liderlərinin yəhudi və xristianlara hücum çağırışına cavab olaraq həyata keçirildiyi bildirilir.

Türkiyə mediası həbs edilən 4 Rusiya vətəndaşının erməni əsilli olduğunu iddia edir. Media iddia edir ki, həbs edilən ermənilər Rusiya  vətəndaşlarıdır.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90