image-rt-reklam
image-1backend

İstanbulda dördmərtəbəli bina çöküb

image-728x90

İstanbulun Bahçelievler səmtində 4 mərtəbəli bina qismən çöküb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Saat 04.45 radələrində Bahçelievlər rayonu Zəfər Məhəlləsi Yadigar küçəsində yerləşən və 1980-ci ildə inşa edildiyi müəyyən edilən 4 mərtəbəli binada qismən çökmə baş verib. Çoxlu sayda AFAD, yanğınsöndürmə, təcili yardım və təhlükəsizlik qrupu hadisə yerinə cəlb edilib.

Hadisə yerində qrupların apardığı araşdırma zamanı dağıntılar altında ölən, yaralanan və ya adam olmadığı müəyyən edilib. Ehtiyat tədbiri olaraq uçan binanın ətrafındakı binalar boşaldılıb və hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb.

Bahçelievler Bələdiyyə başçısı Hakan Bahadır deyib: “4 mərtəbəli binaya üç mərtəbə əlavə etsən, necə olar? Bunu necə əlavə ediblər, bilmirəm. Binadakı evlərin 70-75 faizini demək olar ki, dörd mərtəbəyə əlavə ediblər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90