image-rt-reklam
image-22backend

İstanbul turist sayında son on ilin rekordunu qırdı

image-728x90

İstanbul iyul ayında qonaq etdiyi 1 milyon 873 min 97 adamla son 10 ildə ən yüksək turist sayına çatdı.

Ulusal.az xəbər verir ki, İstanbul Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2022-ci ilin 7 aylıq dövründə İstanbula 8 milyon 514 min 806 xarici turist gəlib.

Cari ilin müvafiq dövründə turistlərin sayı 15 faiz artaraq 9 milyon 776 min 635 nəfər olub.

Ötən ilin iyul ayında 1 milyon 759 min 506 xarici turistin ziyarət etdiyi şəhər cari ilin iyul ayında 1 milyon 873 min 97 xarici turisti qəbul edib.

Belə ki, iyul ayında gələn xarici turistlərin sayı ötən illə müqayisədə təxminən 6 faiz artıb.

Ötən ay olduğu kimi iyul ayında da İstanbula gələn 185 min 636 turistlə ruslar birinci yeri tutub.

Rusiyanı 135 min 568 turistlə Almaniya, 135 min 96 nəfərlə Səudiyyə Ərəbistanı, 105 min 41 turistlə ABŞ, 97 min 352 turistlə İran, 69 min 263 nəfərlə Fransa, 69 min 6 turistlə İngiltərə, 51 min 257 nəfərlə İraq, 45 min 854 ziyarətçi ilə Küveyt, 45 min 257 nəfərlə İsrail və 44 min 273 turistlə Hollandiya izləyib.

İyul ayında şəhərə 196 ölkədən, Solomon adalarından, Şimali Koreyadan və Papua Yeni Qvineyadan bir nəfər, Laos və Şərqi Timordan isə iki nəfər turist gəlib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90