image-2000x150
image-1backend

İsrailli generaldan etiraf: HƏMAS-la müharibəni uduzmuşuq!

image-728x90

İsrailin istefada olan general-mayoru İshak Brik İsrailin Qəzza zolağında HƏMAS-la müharibədə uduzduğunu etiraf edib. o bildirib ki, İsrailin daxili cəbhəsi böyük regional müharibəyə hazır deyil.

Ulusal.az xəbər verir ki, Brik bu barədə “Maariv” qəzeti üçün yazdığı məqalədə qeyd edib.

O, İsrailin daxili cəbhəsinin Qəzza zolağındakı müharibədən daha təhlükəli olacaq regional müharibəyə hazır olmadığını vurğulayıb:

“Biz əldə etdiyimiz uğurları itirəcəyik və müharibənin iki məqsədinə nail ola bilməyəcəyik: HƏMAS-ı devirmək və qaçırılan insanları sağ şəkildə evlərinə qaytarmaq. Nəzarətimizdə elan etdiyimiz bölgələrdə belə əsgərlərimizin itkisinin ağır bədəlini ödəməyə davam edəcəyik. Biz HƏMAS ilə müharibəni uduzmuşuq və dünya üzrə müttəfiqlərimizi başgicəlləndirici sürətlə itiririk. HƏMAS-ı tamamilə məhv etmək məqsədi gündəmdən çıxarılıb və biz hələ də qaçırılan insanları təhlükəsiz şəkildə evlərinə gətirə bilməmişik”, – general bildirib.

Brik Qəzzada baş verənləri “İsrail ordusunun yarandığı gündən bəri yaşadığı ən təhlükəli qalmaqal”, Baş Qərargah rəisinin uğursuzluğunu isə “dövlətin qurulmasından bu yana ən ciddi uğursuzluq” adlandırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90