image-2000x150
image-1backend

İsrailin sabiq baş nazirindən ETİRAF: Media obyektiv olsa, HƏMAS-a xidmət edəcək

image-728x90

İsrailin keçmiş baş naziri Yair Lapid medianın İsraillə HƏMAS arasındakı münaqişələri işıqlandırması ilə bağlı “Beynəlxalq media obyektiv oolsa, HƏMAS-a xidmət edər, hər iki tərəfi göstərərsə, HƏMAS-a xidmət edər” ifadələrini işlədib.

Nazir bu barədə jurnalistlərə verdiyi açıqlamada deyib. O İsrail və HƏMAS arasında oktyabrın 7-dən bəri davam edən münaqişəni medianın idarə etməsini tənqid edib.

“Beynəlxalq media obyektivdirsə, HƏMAS-a xidmət edər. Hər iki tərəfi göstərirsə, HƏMAS-a xidmət edər. Fikrimcə, media sadəcə hadisənin hər iki tərəfini də danışdırdığını iddia edə bilməz. Əgər onlar bunu etsələr, bu, sadəcə olaraq, hekayənin HƏMAS tərəfini izah etmiş olar. Bu qorxaqlıq və tənbəllikdir”,- deyə Lapid bildirib.

Bunun fələstinlilər də daxil olmaqla, qurbanlar üçün təhqir olduğuna diqqət çəkən Lapid, həmçinin jurnalistikanın təməldə nə olduğu fikrinin də təhrif olunduğunu deyib.

31 ildir jurnalist olduğunu bildirən Lapid, “İsraili tənqid etməkdə heç bir problemim yoxdur, ancaq bir tərəfin yalan danışdığını, digər tərəfin isə faktları yoxlamaq üçün hər cür səy göstərdiyini bildiyiniz zaman, ən azından, sizdən yalanlar üçün sonsuz bir platforma təqdim etməməyinizi gözləyə bilərik”,- deyə qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90