İsrail Qəzza zolağına amansız bir hücumla HƏMAS-ı məhv edəcəyinə söz verir, lakin döyüş meydanında qalib gəlsə belə, dağıdılmış Fələstin anklavını necə idarə edəcəyi ilə bağlı dəqiq planı yoxdur.
Bu barədə Böyük Britaniyanın “Reuters” agentliyində yayımlanan məqalədə bildirilir.
Münaqişəni yaxından izləyən regional və qərb rəsmilərinin sözlərinə görə, “Dəmir Qılınclar Əməliyyat” adlı bu hərbi kampaniya öz vəhşiliyi ilə misilsiz, İsrailin keçmişdə Qəzzada həyata keçirdiyi əməliyyatlardan daha fərqli olacaq.
Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra İsrail rekord sayda – 360 000 ehtiyatda olan hərbçisini orduya çağırıb və Qəzzanı aramsız bombamağa başlayıb.
ABŞ və Yaxın Şərq liderləri arasında aparılan müzakirələrdən xəbərdar olan regional rəsmilərin dediklərinə görə, İsrailin əsas strategiyası mülki itkilər bahasına olsa belə, Qəzzanın infrastrukturunu dərhal məhv etmək, Qəzza əhalisini Misir sərhədinə doğru sıxışdırmaq və HƏMAS-a bənzər şəkildə onları orada məhv etməkdən ibarətdir.
Bu barədə İsrail rəsmiləri müharibədən sonrakı mərhələnin necə olacağı ilə bağlı dəqiq təsəvvürlərinin olmadığını bildiriblər.
Mənbə əlavə edib ki, dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostinin ötən həftə İsrailə səfərləri Qəzza üçün müharibədən sonrakı plana diqqət yetirməyin vacibliyini ortaya qoyub.