image-rt-reklam
image-1backend

İsrailin məhv etdiyi yüksək rütbəli HƏMAS rəsmiləri – SİYAHI

image-728x90

İsrail Müdafiə Qüvvələri (IDF) və Baş Təhlükəsizlik Xidməti Fələstin qruplaşmasının oktyabrın 7-də ölkə ərazisinə kütləvi raket hücumundan sonra HƏMAS-ın altı əsas əməkdaşını öldürüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər veirr ki, bu barədə İDF-nin saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunub ki, həlak olanlar arasında HƏMAS-ın “Nuxba” xüsusi təyinatlılarının komandirləri Əli Kadi və Bilal Əl-Kedra, Həmas Siyasi Bürosunun üzvü Zəkəriyyə Əbu Maamar, HƏMAS-ın Cənub Milli Təhlükəsizlik Dairəsinin komandiri Muatazz İd, HƏMAS-ın Qəzza zolağındakı iqtisadiyyat naziri Cavad Əbu Şamala və Qəzzadakı HƏMAS hava sisteminin rəhbəri Murad Əbu Muradda var.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90