image-rt-reklam
image-1695294339_60backend

İsraildən şok etiraf: Ağ bayraq qaldıran girovları da vurduq

image-728x90

İsrail Baş Qərargah rəisi Herzi Halevi ordunun universal müharibə qaydalarına əməl etmədiyini etiraf edib.

Ulusal.az xəbər verir ki, İsraildə üç girovun ölümündən sonra Baş nazir Binyamin Netanyahu ilk dəfə danışıb.

O qeyd edib ki, Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların xilas edilməsi üçün danışıqlara başlanılıb:

“Həm girovların qaytarılması, həm də düşməni məğlub etmək üçün müharibəni davam etdirəcəyik. Qətərin vasitəçiliyi ilə yeni girov mübadiləsi danışıqları davam edəcək”.

Əvvəlki danışıqlarda vasitəçi kimi çıxış edən Qətər danışıqların davam etdiyini təsdiqləyib. İsrail mediası danışıqlar çərçivəsində Avropada Qətər Baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşən MOSSAD rəhbəri David Barneanın “İsrail razılaşmaya hazırdır” mesajını verdiyini yazıb.

Digər tərəfdən, Herzi Halevi israilli girovların təsadüfən öldürülməsi ilə bağlı bəyanat verib. O baş verənlərə görə məsuliyyət daşıdıqlarını bildirib:

“Girovların təkbaşına hərəkət edə biləcəyinə hazır deyilik. Girov olan üç şəxsi başa düşmək üçün hər şeyi etdik. Buna baxmayaraq, atəş açmamaq göstərişinə əməl edilməyib, ağ bayraq qaldıranlara atəş açılıb”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90