image-rt-reklam
image-1backend

İsrail Qəzzada bufer zona yaradır? – DETALLAR

image-728x90

İsrail hərbçiləri ABŞ-ın anklavın sərhədlərinin dəyişdirilməsi əleyhinə bəyanatlarından sonra bufer zona yaratmaq üçün Qəzza zolağında İsraillə sərhəddə 1100 bina və tikili dağıdıb.

Ulusal.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Onlardan birinə görə, belə bir əməliyyatın məqsədi “bu ərazini terrorçulardan və ya infrastrukturdan, reaktiv yaylım atəşindən və minaatanlardan tamamilə təmizləmək və [israillilərə] tam fəaliyyət azadlığı verməkdir”.

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Amos Yadlin daha əvvəl jurnalistlərə belə bir bufer zonanın dərinliyinin 1 km-ə qədər ola biləcəyini demişdi: “Bufer zonada heç kim olmayacaq, yalnız minalar olacaq ki, 7 oktyabr bir daha təkrarlanmasın”.

Nəşrdə qeyd edib ki, İsrail hərbçiləri bu rəqəmləri təsdiqləməkdən və ya təkzib etməkdən imtina ediblər, lakin IDF sözçüsü Riçard Hextin sözlərinə görə, ordu birləşmələri HƏMAS-ın İsrail vətəndaşlarını təhdid edən fəaliyyətlərinin qarşısını almaq üçün bölgədə əməliyyatlar keçirib.

İsrailin keçmiş daxili təhlükəsizlik Naziri Avi Dixter keçən ilin oktyabr ayında deyib ki, bu, yaxından yoxlanılan bir sahə olacaq və heç kim İsrail sərhədinə yaxınlaşa bilməyəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90