İsraildə müxalifət lideri Yair Lapid baş nazir Benyamin Netanyahunu istefaya göndərib, onun Likud partiyasından başqası ilə əvəzlənməsini tələb edib.
Ulusal.az xəbər verir ki, Lapidin sözlərinə görə, partiyası Netanyahunun deyil, başqa birinin rəhbərlik etdiyi Likud Partiyasının yaratdığı hərtərəfli hökumətdə iştirak edəcək.
“The Times of Israel”in məlumatına görə, İsraildə yayımlanan Kanal 12-yə danışan Lapid Qəzzadan gələn hücumlardan sonra İsrail xalqının Netanyahuya inamını itirdiyini bildirib. Lapid, ictimaiyyətin Netanyahuya güvənmədiyinə diqqət çəkərək, “Artıq inancımız olmayan bir baş nazirlə uzunmüddətli (hərbi) əməliyyat keçirə bilmərik” deyib.
Netanyahunun partiyasının Likuddan verilən açıqlamaya cavabı gecikməyib:” “Lapidin müharibə dövründə siyasi maraqlarına uyğun hərəkət edərək, hərbi əməliyyat aparan baş naziri devirməyə cəhd etməsi üzücü və utancvericidir. ”
Qeyd edək ki, Leyboristlər Partiyasının lideri Merav Michaeli “X” sosial media platformasında verdiyi açıqlamada Lapidin Netanyahunun istefaya çağırışını dəstəkləməsindən məmnunluğunu ifadə edib.publika.az