image-rt-reklam
image-1backend

İsrail Livandakı Hizbullah hədəflərini vurdu

image-728x90

İsrail Müdafiə Qüvvələri  Livandan İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq Hizbullah hərbi obyektlərinə döyüş təyyarələri ilə zərbələr endirib . Bu barədə Ulusal.az  İsrail Müdafiə Qüvvələrinin  yaydığı məlumata istinadən xəbər verir .

“Bu gün səhər saatlarında İsrailin şimal bölgələrində Livandan bir neçə buraxılış qeydə alınıb . Mərmilər açıq ərazilərə düşüb. “Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanda “Hizbullah” terror təşkilatının bir sıra obyektlərinə, o cümlədən terrorçuların silah anbarı kimi istifadə etdiyi terrorçuların infrastrukturuna və hərbi nəzarət-buraxılış məntəqələrinə zərbələr endirib”.

Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsraili işğal etdikdən sonra İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayıb. Bu müddət ərzində İsrail və Livan sərhədində də müntəzəm toqquşmalar baş verir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90