image-2000x150
image-1backend

İsrail hakerləri İranın enerji sistemlərini sıradan çıxartdı

image-728x90

İsrailin WeRedEvils kiberqrupu Tehranın elektrik şəbəkəsini iki saat ərzində bağlaya bildiyini iddia edir.
Ulusal.az xəbər verir ki, haker qrupu, digərləri ilə yanaşı, Ali Rəhbər Əli Xamneyinin də işıqsız qalmasına eyham vurub.

“Son günlərdə biz İranda bir neçə həssas sistemi sındıra bildik, onların təfərrüatlarına varmayacağıq, o cümlədən Tehranın və ətraf kəndlərin elektrik şəbəkələri”, – hakerlər bildirib.

“Biz on minlərlə sakini iki saat rabitəsiz və işıqsız qoyaraq onların elektrik enerjisini kəsdik. İrana mesajımız budur: odla oynamayın. Növbəti hücum daha mürəkkəb olacaq, daha çox qurban olacaq və sizə tanış olan kiberhücumlardan fərqli olacaq”, – hakerlər xəbərdarlıq ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90