İsrail ordusu HƏMAS-ın bəzi valyutadəyişmə məntəqələrinə və şirkətlərinə basqın edib.
Ulusal.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dünən gecə keçirilən genişmiqyaslı basqınlarda HƏMAS-a aid olduğu iddia edilən 2 milyon 700 min dollar ələ keçirib.
Soyğun zamanı pulla yanaşı, seyflər, sənədlər, səsyazma cihazları və mobil telefonlar da götürülüb.
Hücumun Müdafiə Nazirliyindən alınan göstərişə uyğun olaraq həyata keçirildiyi iddia edilir.
Fələstin administrasiyası və malları ələ keçirilən valyutadəyişmə məntəqələrindən bu barədə hələlik heç bir açıqlama verilməyib.






















