“Ermənistan Hava Yolları” şirkəti İrəvan-İstanbul-İrəvan reysləri üzrə uçuşlara başlayır.
Ulusal.az xəbər verir ki, bu barədə İrəvanın Zvartnots Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.






















