İranda orta məktəb şagirdlərinin zəhərlənməsi hallarına müxtəlif şəhərlərdə daha çox məktəbdə rast gəlindiyi barədə məlumatlar hələ də olsa da, problemin həlli üçün rəsmilər arasında heç bir koordinasiyadan əsər-əlamət yoxdur.
Ulusal.az xəbər verir ki, bunu İran parlamentinin üzvü Məhəmməd Həsən Asəfəri İLNA-ya müsahibəsində iddia edib: “Şagirdlərin zəhərlənməsi elə bir məsələ deyil ki, parlament, hökumət və məhkəmə sistemi bunu görməzdən gəlsin və ya ona əhəmiyyətsiz yanaşsın”.
“Bu məsələ ciddi araşdırılmalıdır, çünki məncə, bu, bioloji terrordur”,-deyə o əlavə edib.
Deputat vurğulayıb ki, bu zəhərlənmələr qəsdən və “müəyyən dairələr tərəfindən məqsədli şəkildə” törədilir.