image-rt-reklam
image-1backend

“İranın etdiyi dostluqdan uzaqdır, Türkiyə isə…” – Bərzani

image-728x90

Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Nəçirvan Bərzani İranın İraqda dəstəklədiyi qruplaşmalardan gələn hücumların dayandırılmalı olduğunu bildirib.

Ulusal.az xəbər verir ki, Bərzani İraqın mərkəzi hakimiyyətinin kürd muxtariyyətini qoruya bilməyəcəyindən narahat olduqlarını da söyləyib.

“Hazırkı çağırışlar İŞİD dövründəkindən daha çətindir, cəbhə xətti məlum deyil”, – kürdlərin lideri deyib.

Bərzani regional administrasiya ilə İsrail arasında əlaqənin olduğuna dair iddiaları rədd edib:

“İsraillə heç bir əlaqəmiz, MOSSAD-ın da burada qərargahı yoxdur”.

O vurğulayıb ki, İran MOSSAD-ın Şimali İraqda yerləşməsi ilə bağlı Bağdada heç bir sübut təqdim edə bilməz:

“Şimali İraq Kürd Muxtariyyəti İran üçün təhlükə mənbəyi deyil. Mülki əhalinin ölümünə səbəb oldu, İranın hücumunu dostluq çərçivəsində qiymətləndirmək mümkünsüzdür”.

Bərzani PKK terror təşkilatının Şimali İraq ərazisindən Türkiyəyə qarşı istifadəsini qəti şəkildə rədd etdiklərini vurğulayıb. Kürdlərin lideri PKK-nın Türkiyə üçün təhlükə mənbəyi, Ərbil və Bağdad üçün böyük başağrısı olduğunu sözlərinə əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90