image-rt-reklam
image-1backend

İranda nə baş verir? – SEPAH-ın əsas silah bazası tutuldu

image-728x90

Dünən axşam İranda dəhşətli terror aktı törədilib. Terroçular SEPAH-ın əsas silah anbarını ələ keçirtdikdən sonra güc strukturları hərəkətə keçib. Sistan və Bəlucistan vilayətinin Çabahar və Rask şəhərlərində törədilən terror aktlarında 5 terrorçu zərərsizləşdirilib, 5 təhlükəsizlik qüvvəsinin əməkdaşı isə həlak olub.

Ulusal.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Terrorçularla qarşıdurmada Çabaharda bir əsgər, bir Bəsic təhlükəsizlik qüvvəsinin əməkdaşı, bir mühafizəçi və iki polis ölüb.

Ölənlər arasında Çabahar şəhərinin polis bölməsinin rəis müavini də var.

İndiyədək beş terrorçunun öldürüldüyü təsdiqlənib.

Hazırda Sərbaz, Rask və Çabahar şəhərlərində qarşıdurmalar davam edir və terrorçular təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən tamamilə mühasirəyə alınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90