İranın Berlindəki səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılmasından bir gün sonra İran təhlükəsizlik məmurları Almaniya vətəndaşını həbs ediblər.
Bu barədə yanvarın 17-i axşam saatlarında İranın Radio və Televiziya Şirkətinə bağlı “Cam-Cəm” qəzeti məlumat yayıb.
Məlumatda saxlanılan şəxsin kimliyi açıqlanmayıb.
Lakin onun Xuzistan əyalətinin Ümidiyyə şəhərində stratejik əhəmiyyətli neft təsisatlarının fotolarını çəkdiyi zaman həbs edildiyi bildirilir.






















