ABŞ təyyarəsi İrandakı hərbi zavoda hücumda iştirak edib.
Bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.
“Əl-Ərəbiyyə” öz mənbələrinə istinadən bildirir ki, “Amerika təyyarələri İranın İsfahan şəhərindəki hərbi obyektə pilotsuz uçuş aparatları vasitəsilə zərbə endirilməsində iştirak edib”.
Məlumata görə, bu hücum İran hökuməti üçün “mesaj” olub.
Qeyd edək ki, yanvarın 29-na keçən gecə İsrail PUA-ları İranın İsfahan şəhərindəki sursat zavodunun anbarına, həmçinin İranın Şahed-136 və Mohajer-6 pilotsuz təyyarələrini istehsal edən zavodlara zərbələr endirib. Zərbələr insan tələfatı ilə nəticələnməyib.






















