image-2000x150
image-1backend

“İRAN YAXIN 48 SAATDA İSARAİLİ VURACAQ” – “ABŞ kəşfiyyatı İsraili xəbərdar edib”

image-728x90

Məlum olduğu kimi, İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələri nəticəsində İranın yüksək rütbəli hərbçilərinin həlak olmasından sonra rəsmi Tehran qarşı tərəfi cavab addımları ilə hədələmişdi.

Ulusal.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi artıq İsraillə münasibətləri normallaşdırmağın mümkün olmadığını deyib. Bu barədə “Tasnim” agentlıiyi məlumat yayıb. Rəisi Beynəlxalq Qüds Günü ərəfəsində keçirilən videokonfransda deyib: “İsrail ilə münasibətləri normallaşdırmaq uduzmuş ata mərc qoymaq kimidir, bu gün bu, mümkün deyil”.

İran Prezidentinin bu açıqlaması Tehranın İsrailə qarşı konkret addımlar atacağı barədə deyilənlərin ciddi olduğu barədə təsəvvür yaradır.

Bu arada “Voxnews” nəşri yazıb ki, İran yaxın 48 saat ərzində İsrailə zərbə endirməyi planlaşdırır. Qeyd olunur ki, hücum zamanı yüzlərlə PUA-dan və raketlərdən istifadə olunacaq. İsrail Hərbi Hava Qüvvələrinin artıq döyüş hazırlığı vəziyyətinə gətirildiyi və regionda GPS ilə bağlı problemlərin yarandığı bildirilir.

“İsrail Hayom” qəzeti də bu xəbəri təsdiqləyib: “Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurları İsrailə İranın yaxın 48 saat ərzində İsrail ərazisinə hücum edəcəyini bildiriblər”.

Xəbərdə qeyd olunur ki, zərbələr birbaşa İran ərzisindən endiriləcək. İddia olunur ki, yüzlərlə PUA və raket etni vaxtda İsraildəki hədəfləri vuracaq.

İsrail Müdafiə Qüvvələri şəxsi heyətin sayını artırmaq və əlavə olaraq hava hücumundan müdafiə sistemində ehtiyat qüvvələrini çağırmaq qərarına gəlib. Bu barədə aprelin 3-ü axşam saatlarında İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail mətbuatı yazır ki, son günlər hava hücumundan müdafiə bölmələrinin bir çox ehtiyatda olan hərbi qulluqçuları telefon zəngləri almağa başlayıblar ki, zərurət yaranarsa, təcili olaraq növbətçiliyə çıxa biləcəklərini yoxlasınlar.

Ümumiyyətlə, qeyd olunur ki, İranın general Məhəmməd Rza Zahidinin öldürülməsinə görə İsraildən qisas almaqla hədələməsindən sonra İsrail ordusu ölkənin şimalında və cənubda sayıqlığı artırıb. Hərbçilər qorxurlar ki, iranlılar eyni zamanda İraq, Yəmən, Suriya və Livandakı qruplaşmaların vasitəsilə İsrailə raket və PUA hücumu təşkil edəcəklər.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90