image-2000x150
image-1backend

İran XİN rəhbəri Nyu-Yorka qəfil səfər edib 

image-728x90

İranın dövlət mediası xəbər verir ki, ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan dünən gecə Nyu-Yorka gedib.
Ulusal.az xəbər verir ki, məlumata görə, onun səfərinin səbəbi İranın regional və beynəlxalq məsləhətləşmələrinin davam etdirilməsi, o cümlədən ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına edilən hücumlar da daxil olmaqla, bölgədə artan gərginliyi müzakirə etməkdir.
Rəsmi İRNA agentliyi isə xəbər verir ki, Abdullahiyan daha öncə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkə yazdığı məktubda İsrailin Qəzza zolağına hücumlarını insanlığa qarşı cinayət və soyqırımı adlandırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90