image-2000x150
image-1backend

İran XİN: “Biz Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik”

image-728x90

“İki ölkə arasında baş vermiş son insident İran və Pakistana ortaq milli sərhədlərin təhlükəsizliyini daha böyük səylə müzakirə etmək imkanı verdi. Biz Pakistanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik və iki ölkə arasında münasibətlərin tarixindəki parlaq məqamlardan biri də İran və Pakistanın heç vaxt sərhəd mübahisələrinin olmamasıdır”

Ulusal.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian Pakistanın Xarici İşlər Naziri Cəlil Abbas Cilani ilə görüşü zamanı bildirib.

Pakistan XIN başçısı isə iki ölkə arasında baş verən son insidentdən təəssüfləndiyini bildirib:

“Pakistan İran və Pakistan arasında mövcud gərginliyin davam etdirilməsində maraqlı deyil və əgər iki ölkə arasında müştərək razılaşmalar həyata keçirilsəydi, indiki vəziyyət yaranmazdı. İran və Pakistan onilliklər boyu davam edən dostluq və qardaşlıqdan əl çəkə bilməz: Biz qətiyyətlə İranın arxasındayıq və çoxtərəfli görüşlərdə və beynəlxalq məsələlərdə ortaq fikirlərə malikik”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90