image-rt-reklam
image-1backend

İran prezidentliyinə namizəd Pezeşkian kimdi?

image-728x90

Sabah İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu keçiriləcək. Bu mərhələdə iki namizəd mübarizə aparacaq: Səid Celili (İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi) və Məsud Pezeşkian (parlamentin deputatı, keçmiş səhiyyə naziri).

Əslən azərbaycanlı olan Məsud Pezeşkian seçkilərin ilk turunda topladığı səs sayına görə Səid Cəlilidən öndə olub.

Rəsmi dövlət agentliyi İRNA-nın ölkənin seçki qərargahının sözçüsünə istinadən yaydığı məlumata görə, ölkədə sandığa salınan 24,535,185 səsdən Məsud Pezeşkian 10,415,991 (42.45 faiz), Sədid Cəlili isə 9, 473,298 səs (38.61 faiz) toplayaraq ikinci tura çıxıblar.

Məsud Pezeşkianın həyatı

Məsud Pezeşkian 1954-cü ildə sentyabr ayının 29-da İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində dünyaya gəlib. Məlumatlara görə, onun atası türk, anası isə kürddür. 1973-cü ildə ali təhsil diplomu alıb və məcburi həqiqi hərbi xidmətini yerinə yetirmək üçün Zabol bölgəsinə gedib. Bu dövrdə o, tibblə məşğul olmağa başlayıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra öz şəhərinə qayıdıb və ali məktəbin tibb fakultəsinə daxil olub. O, universiteti fərqlənmə ilə bitirib. İran-İraq müharibəsi (1980–1988) zamanı Məsud Pezeşkian tez-tez ön cəbhəni ziyarət edib. O bu müharibədə əsgər və həkim olaraq fəaliyyət göstərib.

Müharibədən sonra Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyə ixtisası üzrə təhsilinə davam edib. 1993-cü ildə İran Tibb Elmləri Universitetinin ümumi cərrahiyə ixtisası üzrə uzmanlıq dərəcəsi alıb. 1994-cü ildə universitetin rektoru təyin edilib və 5 il bu vəzifəni icra edib.

Siyasi karyerası

Məsud Pezeşkian keçmiş prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. O, beş dəfə parlamentə deputat seçilib. Pezeşkian 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərin (parlament) üzvü olub. O, İran parlamentində təbrizliləri təmsil edib.

O, həmçinin 2016-2020-ci illərdə parlamentin birinci vitse-spikeri vəzifəsində çalışıb.

Məsud Pezeşkian Quran müəllimi və şiə məzhəbindən olanlar üçün vacib mətn olan Nəch-ul Bəlağənin oxuyucusudur. O, hazırda İran-Türkiyə Dostluq Dərnəyinin üzvüdür.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkian prezidentliyə namizəd olduqdan sonra sosial mediadakı paylaşımında təcrübəli və bilikli insanları vəzifəyə təyin etməyin vacibliyini vurğulayıb və planlarını açıqlayıb.

Pezeşkian həmçinin İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib.

Pezeşkian türkdür?

Pezeşkian 2016-cı ildə parlamentin açıq iclasında Tanrının onu türk kimi yaratdığını və heç kimin türklərin dilini, mədəniyyətini ələ salmağa haqqının olmadığını deyib. Həmçinin konstitusiyanın 15-ci maddəsinə əsasən, İrandakı bütün etnik qrupların ana dilində təhsil almaq haqqının olduğunu dilə gətirib. Pezeşkian İranda türk komandası olan “Traktor”un azerkeşidir.

M.Pezeşkianın 4 övladı var. Həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, daha sonra evlənməyib.modern.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90