image-2000x150
image-350103728_1584075572086283_3336103353663670838_nbackend

İran prezidentinə şok ittiham:”Məhbusların edamında birbaşa onun rolu var”

image-728x90
Tehranın Evin həbsxanasının keçmiş rəisi Hüseyn Murtəzəvi Zəncani prezident İbrahim Rəisini Xomeyni dövründə siyasi məhbusların edamında birbaşa rola malik olmaqda ittiham edib.
Ulusal.az xəbər verir ki, Zəncani bildirib ki, o vaxt Tehran prokurorunun müavini olan İbrahim Rəisi ona Xomeynidən məhbusları edam etmək əmri aldıqlarını deyib.
Keçmiş ədliyyə rəsmisi 1980-ci illərdə siyasi məhbusların edam edilməsində İran prezidentinin birbaşa iştirakı olduğuunu bildirib.
1980-ci illərin edamları İranın o vaxtkı ali rəhbəri Xomeyninin İranda terror hücumları edən və İran-İraq müharibəsi dövründə (1980-1988) Səddam Hüseynlə ittifaqa girən “İran Xalq Mücahidləri Təşkilatı”na qarşı fitvası əsasında həyata keçirilib.
Edam olunanların əksəriyyəti “Xalq Mücahidləri Təşkilatı” ilə əlaqəli olsa da, “Fədaiyan” Xalq Təşkilatı və Tude Partiyası kimi solçu və dünyəvi qruplarla, habelə Kumala və İran Kürd Demokratik Partiyası kimi bəzi kürd qrupları ilə əlaqəsi olan başqaları da edam edilənlər arasında olub.
Edam edilən məhbusların dəqiq sayı bilinməsə də, Beynəlxalq Əfv Təşkilatının məlumatına görə, İran hakimiyyəti 1988-ci ilin iyul-sentyabr ayları arasında təxminən 5000-ə yaxın məhbusu məhkəmədən kənar dar ağacından asıb.
Ölkənin ən yüksək səviyyəli fiqurlarının, siyasi, xarici məhbusların saxlanıldığı və məhbuslara qarşı vəhşiliyi ilə tanın Evin həbsxanasının keçmiş rəisi əlavə edib ki, o, edam edilmiş məhbusların yük maşınlarına atılaraq həbsxanadan aparıldıqlarının şahidi olub.
O, ölkənin kəşfiyyat nazirinin müavini tərəfindən ölümlə hədələndiyi üçün istefa verdiyini bildirib.
“Məhkumların edamında birbaşa rolum olmasa da, edamlara səssiz qaldığım üçün özümü günahkar hiss edirəm və tövbə etsəm də, təmizlənməyəcəyəm!”,- deyə o bildirib.
Murtəzəvi daha sonra qeyd edib ki, bakirə olan qız məhbuslar edamdan öncə həbsxana işçiləri ilə zorla evləndirilib: “İslam Respublikası din xadimlərinin bakirə qızların edam ediləcəyi təqdirdə cənnətə gedəcəklərinə inandıqları üçün bakirə ölməmələri üçün onları məcburi nikah şəklində zorlayırdılar”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90