İyunun 24-də Tehrandan gələn yük təyyarəsi Moskvanın Vnukovo hava limanına enib .
Ulusal.a xəbər verir ki, bu barədə Ukraynanın “Telegram” kanalları məlumat verir.
Bildirilir ki, təyyarənin göyərtəsində çox güman ki, hərbi təyinatlı yük, daha dəqiq, İran istehsalı olan “Şahed” PUA-ları olub.
Qeyd edək ki, bundan öncə Ukraynanın “Cənub” Müdafiə Qüvvələrinin sözçüsü Natalya Qumenyuk Rusiyanın yeni raket-dron hücumlarına hazırlaşdığını bildirmişdi.






















