image-2000x150
image-1-145backend

İran-Əfqanıstan sərhəddində silahlı toqquşma

image-728x90

Bu gün günün birinci yarısında İran-Əfqanıstan sərhəddinin sıfır nöqtəsində silahlı qarşıdurma yaşanıb. Silahlı toqquşma Sistan-Bəllucistan vilayətinin Zabul şəhəri yaxınlığında qeydə alınıb.

Məlumatda deyilir ki, Əfqanıstandan sərhəddi keçmək istəyən bir qrup naməlum silahlı dəstə ilə İran sərhədçiləri arasında atışma baş verib. Hadisə nəticəsində ölən və yaralananlar olduğu barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran-Pakistan sərhəddində də analoji hadisə yaşanmışdı. Həmin vaxt Pakistandan keçmək istəyən silahlı qrupla İran hərbçiləri arasında atışma olmuşdu. Nəticədə, İran Sərhəd Xidmətinin 5 əsgəri öldürülmüşdü.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90