Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah İsrailin Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürün öldürülməsi ilə bağlı deyib: “Biz artıq dəstək cəbhəsi olmağı keçdik. Bütün cəbhələrdə açıq müharibə gedir. Yeni mərhələyə qədəm qoyduq”.
Hizbullah başçısı H.Nəsrullah iyulun 30-da İsrail ordusunun Livanın paytaxtı Beyrutda Dahiyə bölgəsinə etdiyi hava hücumunda ölən, Hizbullahın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükürün dəfn mərasiminə video konfrans vasitəsilə qatılıb.
İsrailin Beyruta hücumundan sonra sərhəd xəttindəki qarşıdurmaların yeni mərhələyə çıxdığını bildirən Nəsrullah deyib: “Sadəcə dəstək cəbhəsi olmaqdan kənara çıxdıq. Bütün cəbhələrdə açıq müharibədir. Yeni mərhələyə qədəm qoyduq.
İndi bir az gül, amma çox ağlayacaqsan. Bilmirsən ki, hansı xətti keçdin, necə təcavüz etdin. Bütün dəstək cəbhələri yeni mərhələyə qədəm qoydu, ancaq bunun miqyası düşmənin (İsrailin) reaksiyasından asılıdır”.
Həsən Nəsrullah iyulun 27-də İsrailin işğalı altında olan Colan (Qolan) təpələrindəki Dürzi Məcdel Şəms şəhərinə edilən və Hizbullahın məsuliyyət daşıdığı hücuma toxunaraq bunları söyləyib: “Biz əvvəl də demişik ki, bu hadisə ilə heç bir əlaqəmiz yoxdur. İsrail heç bir sübutsuz Hizbullahı günahlandırır və bu hadisəni Fuad Şükür və digər mülki vətəndaşları öldürmək üçün bəhanə kimi istifadə edir”.