İmtahan zalına silah, qumbara keçirmək istəyənlər olub.
“İmtahanlarda qaydaların pozulması və buna cəhdlər göstərilməsi hər zaman olur. DİM üçün vacibdir ki, hər bir abituriyentin imtahan zalında normal şərait olsun. Bunun üçün İmtahan binasına keçən bütün abituriyentlər yoxlanılır. Bu, həm də təhlükəsizlik üçündür”.
Ulusal.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. M.Abbaszadə qeyd edib ki, yaxın keçmişdə imtahan zalına silah, qumbara keçirmək istəyən şəxslər də olub:
“Biz bu kriminal xronikanı heç vaxt şişirməmişik, ictimaiyyətə təqdim etməmişik. Bu nüansları müvafiq qurumlara tədbir görülməsi üçün demişik”.