image-2000x150
image-72947377-9f4b-40d8-8c79-c688b9bc7a7bbackend

İmran Xanın həbsindən sonra Pakistanda etirazlar artıb – Hökumət üzvlər sabiq baş naziri günahlandırır

image-728x90

Hakim koalisiya Pakistanın keçmiş Baş naziri, Pakistan Təhrik-i İnsaf Partiyasının (PTI) sədri İmran Xanın həbsindən sonra ölkədə baş verən etirazları, ictimai və şəxsi mülkiyyətin talan edilməsini qətiyyətlə pisləyib.

Pakistan Demokratik Hərəkat alyansına da rəhbərlik edən Maulana Fazlur Rehman hökumətdən ictimai mülkləri yandıranlara qarşı sərt tədbirlər görməsini tələb edib.

İslamabadda keçirdiyi mətbuat konfransında o, PTI-ni yenidən hakimiyyətə gətirməyə çalışan hər hansı bir qurumun da günahkar olacağını deyib.

PPP (Pakistan Peoples Party – Pakistan Xalq Partiyası) lideri və keçmiş prezident Asif Əli Zərdari verdiyi açıqlamada İmran Xanın həbsindən sonra şəhərlərdə baş verən iğtişaşların təəssüf doğurduğunu bildirib. O, əlavə edib ki, ictimai əmlaka zərər vurmaq və xaos yaymaq hərəkətlərinə yol verilməyəcək.

İnformasiya və Yayım naziri Marriyum Auranqzeb də silahlı dəstələrin Peşavərdə Pakistan Dövlət Radiosunu binasına və “Associated Press of Pakistan”-ın ofisinə edilən hücumları pisləyib. Nazir bunun Xanın göstərişi ilə həyata keçirildiyini iddia edib. Silahlıların Pakistan Dövlət Radiosunun yayımını dayandırmağa çalışdığını, bunun ciddi cinayət olduğunu bildirib.

Energetika naziri Xürrəm Dəstgir Xan isə PTI liderinin həbsindən sonra zorakılıq nümayişləri zamanı təxminən 78 polis əməkdaşının yaralandığını deyib.AzPolitika.info

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90