image-rt-reklam
image-1backend

İmran Xana ikinci zərbə: ABŞ-dakı keçmiş səfirin göndərdiyi məxfi sənədi…

image-728x90

Pakistanda fevralın 8-də keçiriləcək ümumi seçkilərdən əvvəl keçmiş baş nazir İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ulusal.az xəbər verir ki, avqust ayında korrupsiya ittihamı ilə 3 il həbs cəzası alan və hazırda cəzasını çəkən Xanın seçkilərdə iştirakına qadağa qoyulub. Ravalpindi şəhərindəki həbsxanada yaradılmış xüsusi məhkəmə Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi Pakistanın ABŞ-dakı keçmiş səfirinin göndərdiyi məxfi sənədi açıqlamaqda təqsirli bilib.

Xan bildirib ki, sənəddə 2022-ci ildə baş nazir vəzifəsindən uzaqlaşdırılması prosesində ABŞ-ın köməyi ilə siyasi opponentlər və hərbçilər tərəfindən hazırlanmış sui-qəsdin sübutları var. Xan 10 illik cəza elan edildikdən sonra sosial mediada tərəfdarlarını “8 fevralda öz səsləri ilə haqsızlığın qisasını almağa” çağırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90