image-2000x150
image-1b2605961ea0803aa3e9d81a625a6cf6backend

“İmperator” ləqəbli banda başçısı Özbəkistanda saxlanılıb

image-728x90

Daşkənd vilayətində Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçıları mütəşəkkil cinayətkar qrupun “İmperator” adlı liderini saxlayıb.

Hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edən vətəndaş 2022-ci ilin mart ayında “İmperator” ləqəbli şəxsdən 3800 dollar borc aldığını bildirib. Borclu 2023-cü ilin aprelində məbləği qaytarmalı imiş. Ancaq o, pulu gecikdirdiyi üçün “İmperator”un ondann əlavə 1000 dollar tələb etdiyini bildirib.

Şikayətçi bildirib ki, bunu ödəməyəcəyi təqdirdə “İmperator” onu küçə qanunlarıyla cəzalandıracağı ilə hədələyib. Keçirilən əməliyyat tədbirləri nəticəsində dəfələrlə məhkum olunmuş “İmperator” və onun 6 şəriki şikayətçidən 1000 dollar alarkən saxlanılıb.

Cinayətkar qrupun bütün üzvləri mühafizəyə götürülüb, onlara Cinayət Məcəlləsinin müvafiq maddələrii ilə ittiham elan edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90