CHP sədri Kamal Kılıçdaroğlu ilə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu arasında kreslo uğrunda mübarizənin miqyası getdikcə böyüyür.
Ulusal.az xəbər verir ki, indiki nümayəndə quruluşu ilə Kılıçdaroğlunu devirə bilməyən İmamoğlunun “diskreditasiya” strategiyasını aktivləşdirdiyi iddia edilib. 18 rayon rəhbəri ilə görüşdüyü ortaya çıxan İmamoğlu, dəyişiklik istəyən bəzi CHP üzvlərinin son qrup toplantısına qatılmamasında da aparıcı rol oynayıb. Kılıçdaroğlunun dəbdəbəli tətilini mətbuata sızdırdığı iddia edilən İmamoğlu, nəhayət, internet saytı açıb və müxalif fikirləri toplamağa başlayıb.

Partiyada Kılıçdaroğlu üçün “işğalçı” təsəvvürü formalaşdırmağa çalışan İmamoğlunun son qrup toplantısı üçün də hərəkətə keçdiyi yayılan xəbərlər arasındadır. İddialara görə, dəyişiklik istəyən bəzi aparıcı siyasətçilərə İmamoğlu tərəfindən “iclasda iştirak etməyin” çağırışı edilib.
Bülent Tezcan, Seyit Torun, Vəli Ağbaba, Engin Altay və Ali Öztunç kimi dəyişikliyi dəstəkləyən mühüm siyasətçilərin toplantıya qatılmayaraq Kılıçdaroğluna arxa çevirməsi yeni bir böhranın başlanğıcı kimi qiymətləndirilib. İnternet saytında vətəndaş rəyi almağa başlayan İmamoğlunun qarşıdakı dövrdə xüsusilə müxalif şərhləri ictimaiyyətlə paylaşacağı gözlənilir. Kılıçdaroğlunu dörd tərəfdən mühasirəyə almağa çalışan İmamoğlunun partiyanın aparıcı və veteran adları ilə üzbəüz görüşlərini artıraraq özünə yeni bir yer etməyə çalışacağı da öyrənilib.

İmamoğlunun son vaxtlar CHP Qrup sədri Özgür Özəl ilə görüşlərini artırdığı və hər ikisinin gələcəkdə birgə hərəkət etmə ehtimalının olduğu bildirilir.






















