Dünyanın ən zəngin iş adamlarından biri, “SpaceX” şirkətinin təsisçisi İlon Mask itirdiyi sərvətlə “Ginnesin Rekordlar Kitabı”na düşüb.
2021-ci ildən bəri təxminən 200 milyard dollar itirən Mask Ginnes tərəfindən “tarixdə şəxsi sərvətini ən çox itirən şəxs” elan edilib.
Təxminlərə görə, Maskın sərvəti 2021-ci ilin noyabrında zirvəyə çataraq 340 milyard dollar təşkil edib.
Lakin Tesla səhmləri keçən il kəskin şəkildə orta hesabla 65 faiz aşağı düşüb. Bu azalma Maskın 2022-ci ilin oktyabrında Tviteri satın almasından sonra sürətlənib.
Məlumata görə, İlon Mask da bu səbəblərdən dünyanın ən varlı adamı titulunu itirib.
Son hesablamalara görə, Maskın sərvəti hazırda 144 milyard dollar civarındadır.






















