Dünən Bakıda Milli Elmlər Akademiyasının parkında II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilmişdir. Festivalda Baş nazirin müavini Əli Əhmədov, Mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Millət vəkili Qənirə Paşayeva, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Millət Vəkili,Xalq şairi Sabir Rüstəmxanlı, Mətbuat şurasının sədri,Xalq yazıçısı Elçin, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Millət Vəkili AMEA prezidenti, akademik İsa Həbibbəyli, AYB I katibi, xalq yazıçısı Çingiz Abdullayev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Türk Mədəniyyəti və irsi fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti Erhan Türbədər, TİKA Bakı koordinatorunun müavini Ahmet Çanqa, TÜRKSOY Genel Sektor yardımçısı Bilal Çakıcı və digər qonaqlar iştirak edirdilər.
İlk öncə Şəhidlər Xiyabanında Şəhidlərimizin ziyarəti və Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olundu, ruhlarına dualar oxundu. Sonra tədbir AMEA parkında Tədbirin təntənəli açılışı keçirildi. Azərbaycan Dillər Universitetinin tələbələri müxtəlif dillərdə tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirildi. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin ruhuna 1 dəqiqəlik sayğı duruşu elan olundu. Sayğı duruşundan sonra tədbirin aparıcısı Maya İmran ilk sözü tədbiri açmaq üçün səhnəyə vətənpərvər mahnılarının bəstəçisi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri üzvü, Azərbaycan Alpaqut Federasiyasının vitse prezidenti Fərahim Sadiqin bəstələdiyi “ƏSGƏRNAMƏ” elegiyasını səsləndirmək üçün Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin üzvləri dəvət olundu. Səsləndirilən elegiyanı tədbir iştirakçılarının böyük maraqla qarşıladılar. Sonra tədbirin rəasmi hissəsi başladı. Çıxış edənlər Belə festivalların əhəmiyyətindən danışaraq Türkdilli dövlətlərin Birliyinin ölkəmizin daha da inkişafı üçün vacib olduğunu vurğuladılar.