Fransanın kiçik Seine-Port şəhərində keçirilən səsvermə ilə ictimai yerlərdə mobil telefondan istifadə qadağan edilib.
Ulusal.az xəbər verir ki, bu addım Qərbi Avropa ölkəsi üçün ilk hesab olunur.
Smartfonların tarixi qədim dövrlərə gedib çıxmasa da, bu qurğular demək olar ki, bütün dünyaya yayılıb. Fransada iki mindən az adamın yaşadığı Seine-Port bu mövzuda addım ataraq referendum keçirib. Əhali öz səsləri ilə göstərib ki, ictimai yerlərdə smartfonlardan istifadəni məhdudlaşdırmaq istəyirlər.
Bu şəhərdə küçədə gedərkən, park skamyalarında oturarkən, kafedə içki içərkən, restoranlarda yemək yeyərkən və ya uşağını məktəbin qapısında gözləyərkən telefondan istifadə etmək kağız üzərində qadağandır.
Səsvermədə cəmi 277 nəfər iştirak etdiyi halda, onların 54 faizi qadağanı dəstəkləyib.Publika